Dünya futbolu

“Qalatasaray” – “Real” oyununu idarə edəcək hakimlər müəyyənləşdi

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” – “Real” (Madrid) matçını idarə edəcək hakimlər müəyyənləşib.

İstanbulda baş tutacaq oyunu İngiltərədən Mark Klattenburq idarə edəcək. Ona Simon Bek, Stefan Child və Maykl Mullarkey köməklik edəcək. Əlavə köməkçi hakimlər isə Li Probert və Conatan Moss olacaq.

Qeyd edək ki, görüş sentyabrın 17-si “TT Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də star götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43