Dünya futbolu

Renat Dadaşov oynadı, komandası darmadağın oldu

Portuqaliya Sequndasında növbəti turun oyunları keçirilib.

Millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi  “Eştoril” doğma meydanda “Mafra”ya 1:4 hesabı ilə məğlub olub. R.Dadaşov oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb. O, oyunun 84-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

“Eştoril” 5 turdan sonra 9 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43