Ölkə futbolu

Duventru “Zirə”nin tarixinə düşdü

Qol sevinci yaşayan ilk fransalı.

Dilan Duventru “Zirə”də qol hesabını açıb. O, Topaz Premyer Liqasının V turunun “Neftçi” ilə görüşündə (1:2) fərqlənib. Mavi-qırmızı formada keçirdiyi 3-cü qarşılaşmada ilk qolunu vuran fransalı yarımmüdafiəçi klub tarixinə bunu bacaran 48-ci futbolçu kimi düşüb. Dilan “Zirə”də qol sevinci yaşayan ilk fransalıdır.

Yarımmüdafiəçi Premyer Liqada rəqib qapısına yol tapan 27-ci futbolçudur. Duventru “Zirə”də ümumilikdə qol vuran 17-ci, buna Premyer Liqada nail olan 13-cü legionerdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43