Ölkə futbolu

Renduliç: “Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır“

– Futbolçularımı təbrik edirəm. Oyunu iki hissəyə bölmək lazımdır. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi. 2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm. Bura xal götürmək üçün gəlmişdik. Ən önəmlisi də bu idi. 3 xalı əldə edə bildik.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Kəpəz” – “Sabah” (1:2) görüşündən sonra keçirilən mətbuat konfrasında qonaqların baş məşqçisi Krunoslav Renduliç deyib. O, daha sonra sualları cavablandırıb:

– İki həftə ərzində iki dəfə Tovuzda süni örtüklü meydançada oynadız. Bu oyununuza necə təsir edir?

– Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer Liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdır. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil.

– Oyunöncəsi məşqi burada etməməyinizin səbəbi nədir?

– Bu barədə çox pis təcrübəm var. Belə olan halda 2-3 oyunçu zədələnə bilər. Buna görə də risk etmək istəmirəm. 

– Avrokuboklar uğrunda oynayan komanda müdafiədə kobud səhvlər edir. Arxa xətt oyunçularının performansını necə dəyərləndirirsiniz?

– Müdafədə sadəcə 4 futbolçu oynamır. Bütün klomanda onlara kömək etməlidir. Mərkəızdə boşluqlar verirdik. Müdafiədəki problemlərin səbəbi bununla bağlıdır.

– Növbəti mövsüm üçün komandaya xorvatiyalı futbolçular gətirmək planınız var?

– Xorvatiyada istedadlı, keyfiyyətli futbolçular var. Amma o demək deyil ki, istədiyim hər oyunçu bura gətirə bilərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43