Ölkə futbolu

Tovuzda ara qarışdı – gənc futbolçudan gəncəli fanatlara hörmətsizlik – VİDEO

Azərbaycan Premyer Liqası 31-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sabah” görüşündə insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, gürüşün 79-cu dəqiqəsində “sarı-göylər”in gənc futbolçusu Cavad Kərimovun meydana daxil olması gəncəli azarkeşlər arasında qarşıdurma yaradıb. Belə ki, tamaşaçılar futbolçunu alqışlarla qarşılasa da, Kərimov onların şüarlarına əhəmiyyət verməyib.

Buna əsəbləşən bir qrup fanat futbolçuya təpki göstərsə də, digər azarkeşlər oyunçuya sahib çıxıb. Polislərin müdaxiləsindən sonra tərəflər sakitləşib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43