Ölkə futbolu

Rəşad Sadıqov: “Çempionluqdan söhbət gedə bilməz”

“Qarabağ”ın və milli komandanın üzvü Rəşad Sadıqov klubunun son uğurları barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, açıqlama verən təcrübəli futbolçu indidən çempionluq barədə düşünməyin hələ tez olduğunu vurğulayıb: “Nəzərə alsaq ki, bizi qarşıda hələ 11 tur gözləyir və bura kubok matçlarını da əlavə etsək, onda hələ çempionluqdan söhbət gedə bilməz. Doğrudur, son oyunlarda yaxşı çıxış edirik, lazımı qələbələr qazanırıq ancaq iş bununla bitmir. Rəqiblər hamısı bir-birilərindən xal almaq iqtidarındadırlar.

“Son turda “Bakı”yla oyunda biz son vuruşları daha dəqiq yerinə yetirdik və böyük hesablı qələbə qazandıq.(4-0) Ancaq sonrakı oyun kubok matçı idi və “Qəbələ”yə qarşı idi. Matç 0-0 hesabı ilə bitdi. Bu da rəqibi bir qədər üstün vəziyyətə saldı. Çünki cavab oyununda qapımızdan 1 qol buraxsaq, 3 qol vurmaq məcburiyyətindəyik. Ona görə deyirəm ki, hələ gediləsi uzun yolumuz var, inşallah məqsədimiz çempion olmaqdır”.

qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43