Kateqoriyasız

Rəşad Sadıqov: “Karyeramı bitirəndən sonra da “Qarabağ”da çalışmaq arzusundayam”

“Bu xəbər artıq 7-8 ay bundan əvvəl yayılmışdı,  deyəsən kiməsə təzə çatır (gülür)”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov atv.az saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu adının “Zirə” ilə yanaşı hallanmasına belə münasibət bildirib: “Zirə” klubunun həm futbolçuları ilə, həm rəhbərliyi ilə dostluq əlaqələrim var, bir çoxları ilə hətta uşaqlıq dostuyuq və bunun futbola heç bir adiyyatı da yoxdur. Onlar hər zaman klub yaratmaq arzusunda idi və məm çox şadam ki, arzularına çatdılar. Əlbəttə, hərdən onlara məsləhətlər verirəm, lakin bu o demək deyil ki, mən “Zirə”də hansısa bir vəzifə sahibi olmaq arzusundayam. Mən “Qarabağ” klubunun üzvüyəm, hələ ki futbol oynayıram və karyeramı burada bitirib elə burada da çalışmaq arzusundayam. Belə yazıları görəndə isə sadəcə gülməyim gəlir – bu boş yerdən sensasiya axtarışına bənzəyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43