İdman

Rəsul Çunayev bürünc medal qazandı

Azərbaycan güləşçisi Rəsul Çunayev yunan-Roma güləşçilərimizin aktivinə ikinci bürünc medalı yazdırıb.

İdmanxeber.com-un məlumatına görə, 71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev türkiyəli İlker Sönmez ilə üz-üzə gəlib.

Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançısı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlamağı bacarıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43