Ölkə futbolu

“Rəvan” “Xəzər Lənkəran”ın sabiq üzvünə qapını göstərdi – RƏSMİ

Pyataxtın “Rəvan” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “sarı-qırmızılılar” “Xəzər Lənkəran”ın sabiq üzvü, Belarusunu “Neman” klubundan transfer olunan İvan Pexayla yollarını ayırmaq qərarına gəlib. 

Qeyd edək ki, “Rəvan” qış fasiləsində Sahib Savankulov, Fredrik Holster, Rəşad Abdullayev, Kristian Torres və Vüsal Qarayevlə də yollarını ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43