Kateqoriyasız

“Rəvan”dan növbəti heç-heçə

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Rəvan” daha bir yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “aslanlar”ın budəfəki rəqibi 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan” klubu olub.

Dünən “Dalğa Arena”da baş tutan matç heç-heçə yekunlaşıb. Görüşdə hesabı ilk yarıda “Qaradağ Lökbatan” açıb. Fasilədən sonra hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, yalnız bir qol qeydə alınıb. Belə ki, “Rəvan”ın heyətində Orxan Məmmədov fərqlənərək, matçda son nöqtəni qoyub.

Qeyd edək ki, “Rəvan” növbəti yoxlama görüşünü avqustun 9-da “Mil Muğan”a qarşı keçirəcək. Saat 19:00-da başlayacaq oyun “Bayıl Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43