Kateqoriyasız

Nizami Hacıyevin yeni klubu bəlli oldu – RƏSMİ

Az öncə xəbər verdiyimiz kimi "Qəbələ" Nizami Hacıyevlə yollarını rəsmən ayırdığını bildirdi.

İdmanxeber.com-un məlumatına görə, Hacıyevin artıq yeni klubu da müəyyənləşib. Hacıyev bundan sonra "İnter"in uğurları üçün çalışacaq. 

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza bildirib ki, yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Hacıyev üçün "İnter" yeni klub deyil. O, 2007-2008 və 2010-2013-cü illərdə də Bank klubunun şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43