Ölkə futbolu

Reynaldo ilə bağlı son durum: Vəziyyət pisdi

“Qarabağ”ın aparıcı üzvü Reynaldonun durumu ürəkaçan deyil.

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Ağdam klubunun rəsmisi bildirib ki, ola bilsin braziliyalı futbolçu “Simurq”la oyunu buraxsın:

“Dünənki məşqdə ayağından zədə aldığına görə, Reynaldo bugünkü “Rəvan”la oyunu buraxmlaı oldu. Hələ də onun durumu müəmmalı şəkildə qalmaqadadı. Ola bilsin ki, Reynaldo “Simurq”la 22-də keçiriləcək oyunu buraxsın”.

Qeyd edək ki, Reynaldonun çıxış etmədiyi oyunda “Qarabağ” səfərdə “Rəvan”ı 2:0 hesabı ilə məğlub etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43