Ölkə futbolu

Pantiç: “Xəzər Lənkəran” maraqlı oyun göstərdi”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edib.

İdmanxeber.com-un məlumatına görə, serbiyalı mütəxəssis oyun haqda bunları deyib:

“Çox maraqlı və gərgin oyun keçdi. Qalib gəldiyimiz üçün şadam, buna görə komandaya minnətdaram. “Xəzər Lənkəran” maraqlı oyun göstərdi, yeni məşqçisi, yaxşı komandaları var. Gələcək oyunlarda uğurlar arzulayıram. Hakimlər oyunu yaxşı idarə etdi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43