Kateqoriyasız

“Rəvan” – “Qarabağ”: məşqçi fikirləri

Topaz Premyer Liqasının 22-ci turunda “Qarabağ” səfərdə autsayder “Rəvan”la qarşılaşdı. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmada Ağdam təmsilçisi ikinci hissədə əvəzetmədən meydana daxil olan Leroy Corcun iki qolu ilə qələbəyə sevindi – 2:0.

İdmanxeber.com oyundan sonra keçirilən mətbuat konfransında hər iki baş məşqçinin səsləndirdiyi fikirlərlə sizi tanış edir:

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Əla oyun alındı. İlk hissədə oynamaq çətin idi, buna baxmayaraq öz oyun üslubumuzu davam etdirdik və 3 xalı qazandıq. “Rəvan” hər bir komanda üçün çətin rəqibdir”.

Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: ”Qarabağ” çox yaxşı komandadır. Oyundan öncə rəqibi yaxşı təhlil etmişdik, təəssüf ki, məğlub olduq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43