Ölkə futbolu

“Neftçi”nin şikayəti rədd edildi

Bu gün AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, iclasda  İntizam Komitəsinin klubun futbolçuları (Tərlan Quliyev, Bruno Bertucci, Mahir Şükürov, Karlod Kardoso)  və klubun vitse-prezidenti Tahir Süleymanov barədə qəbul etdiyi qərarları ilə bağlı Neftçi PFK-nın müraciətinə baxılıb.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul edilib:

1. “Neftçi” PFK barədə AFFA-nın İntizam Komitəsinin 11.02.2014-cü il tarixli qərarı qüvvədə saxlanılsın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43