Dünya futbolu

Reynaldo yubiley qolun müəllifi oldu

“Qarabağ” klubunun futbolçusu Reynaldo da Silvanın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunun “Fiorentina” ilə matçında vurduğu qol yubiley xarakterli olub.

İdmanxəbər.com-un məlumatına görə, braziliyalı hücumçunun qolu Azərbaycan klublarının avrokuboklardakı 25-ci qolu kimi tarixə düşüb. Yalnız Avropa Liqasının qrup mərhələsində 6 dəfə oynayan komandalarımız 35 oyunda bu nəticəyə nail olublar.

Belə ki, “Neftçi” 2012/2013-cü il mövsümündə 4 , “Qarabağ” 2014/2015-ci il mövsümündə 3, 2015/2016-cı il mövsümündə 4, 2016/2017-ci il mövsümündə 7, “Qəbələ” ötən mövsümdə 2, cari mövsümdə isə 5 dəfə rəqibləri mərkəzə dəvət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43