İdman

Rio-2016: Albert 1/4 finala yüksəldi

Braziliyada təşkil olunan Olimpiya Oyunlarında boks yarışları davam edir.

İdmanxeber.com-un  məlumatına görə, bu gün daha bir boksçumuz rinqə çıxıb. 60 kq-da yarışan Albert Səlimov 1/8 finalda irlandiyalı Devid Coysla döyüşüb. Hər 3 raundda rəqibindən üstün olan Səlimov 1/4 finala yüksəlib.

Bu mərhələdə boksçumuzun rəqibi fransız Sofyan Umia olacaq. Həmin döyüş avqustun 13-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43