Kateqoriyasız

Şeydayev oynadı, “Trabzonspor” qələbə qazandı

Macarıstanda təlim-məşq toplanışında olan "Trabzonspor" yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası Macarıstandakı təlim-məşq toplanışındakı son sınaq matçını Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" klubuna qarşı keçirib.

Qarşılaşma həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. Futbolçumuz bu görüşün 65-ci dəqiqəqindən mübarizəyə qoşulub.

Qeyd edək ki, hazırlıq matçları çərçivəsində Trabzon klubunun vurduğu 21 qoldan ikisini Ramil Şeydayevin hesabındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43