İdman

Robert Prosineçki: “Nə vaxt soruşublarsa, cavabım “yox” olub”

Azərbaycan milli komandasının baş məşqçisi gələcək planları ilə bağlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis növbəti dayanacağının milli komanda yox, klub olduğunu söylədi: “Zaqreb və Belqradda baş məşqçi yeri boşalan kimi mətbuat məni önə çəkir. Açığı, bu hekayələrdən bezmişəm. Nəsə söyləsəm, müzakirələrə yol açacaq. Məndən nə vaxt soruşublarsa, cavabım “yox” olub. Adımı hallandırdıqları üçün hamısına təşəkkür edirəm. Amma Serbiya yığmasında olmayacağam. Balkanlarda iş təcrübəm çoxdur. Planlarımda Avropa klublarında çalışmaq var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43