İdman

Avstraliyada futbol adına yenilik

Avstraliyada futbol matçları zamanı məşqçilərlə texniki zonada yer alan digər şəxslər sarı və qırmızı vərəqə ilə cəzalandırılacaqlar.
 
İdmanxeber.com-un məlumatına görə, “Associated Press”ə istinadən xəbər verir ki, bu, futbol tarixində bir ilk olacaq.
Yenilik noyabrın 3-dən etibarən kişilər (А-League) və qadınlar (W-League) arasında yükəsk liqalarda tətbiq ediləcək.
Qeyd edək ki, FİFA qaydalarına əsasən, referi futbolçulardan başqa istənilən şəxsə texniki zonada vərəqə göstərə bilməz. Baş hakim qaydaları pozan belə şəxsləri yalnız əl işarəsi ilə texniki zonadan kənarlaşdırmalıdır. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43