Kateqoriyasız

“Roma” Kostanı transfer etmək istəyir

“Şaxtyor”un yarımmüdafiəçisi Duqlas Kosta karyerasını “Roma”da davam etdirə bilər. “Canavarlar” Ukrayna klubuna təklif göndərməyə hazırlaşırlar. Duqlas Kostanın klubuyla olan müqaviləsi 2018-ci ilin iyununda bitir.

İtalyan klubu uzun müddətdir ki, Şərqi Avropa liqalarında forma geyən futbolçuları heyətinə qatmaq istəyir. Daha öncə Kiyev “Dinamo”sundan Aleksandr Kokorin və “Dnepr”dən Yevgeni Konoplyanka “Roma”nın maraq dairəsinə düşmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43