Dünya futbolu

“Roma”lı Premyer Liqaya keçə bilər

“Roma”nın futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl” yay transfer pəncərəsində oyunçunu rənglərinə bağlamaq niyyətindədir. Bildirilir ki, 29 yaşlı argentinalının “Roma” klubu ilə müqaviləsində 12 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.

Premyer Liqa təmsilçisi də bundan istifadə etmək istəyir. 

Dibala 2022-ci ilin yayından “Roma”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədərdir. 

2022/23 mövsümündə Dibala komandanın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43