Ölkə futbolu

Roman Qriqorçuk: “Titullar həmişə az olur”

Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Qarabağ”la qolsuz bərabərə razılaşdı.

İdmanxeber.com-un məlumatına görə, qonaqların baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Bizə qələbə lazım olduğu haldabunu əldə edə bilmədik. Lakin komanda bütün gücü ilə mübarizə apardı ki, yaxşı nəticə qazansın. “Qarabağ” bu gün daha yaxşı çıxış etdi.

– “Qəbələ” çempion olmasa, sizin komandada qalıb-qalmayacağınıza təsir edəcəkmi?

Bundan sonra nə olacağını indidən düşünə bilmərik. Qarşıdakı oyunlardan sonra və kubokun finalından sonra bu barədə nə isə demək olar.

– Qələbə sizə daha çox lazımkən cəmi bir hucumçu ilə oynadınız. Olmazdı ki, ikili hücüma bel bağlayardınız?

Biz bütün oyunu 4 hücumçu ilə oynadıq. Fikrimcə biz lazım olan şeylərdən istifadə elədik.

– Cəmi 3 tur qaldı. Çempionluq şansını necə dəyərləndirirsiz?

Nəyin necə olacağını indidən demək olmaz. “Qarabağ”ı şansı daha çoxdu.

– Kubokun finalında “Qarabağ”a qarşı mübarizə aparacaqsız. Komandanızın bu oyuna daha yaxşı motivasiya olacağını düşünmək olarmı?

Titullar həmişə az olur. “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu və bununlada çempionluq titulunun dadını görəcəklər. Məhz buna görə də, onlar çempion olduğundan kuboku da qazanmaq üçün hər şey edəcəklər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43