İdman

Roman Qriqorçukun “sağ əli” məlum oldu

 Ramin Quliyevin 17 yaşlı futbolçulardan ibarət milli komandamızın baş məşqçi vəzifəsinə təyin olunmasından sonra “Qəbələ”nin məşqçi postu hələ də boş qalmaqdadı.

İdmanxeber.com-un əldə  etdiyi məlumata görə, Roman Qriqorçukun köməkçisi vəzifəsi Elmar Baxşıyevə həvalə olunacaq. Hazırda əvəzedici komandanın baş məşqçisi olan 37 yaşlı mütəxəssis əsas komandaya məşqçi təyin olunmağa ən real namizəddi.

Yeni ildən sonra təyinatın rəsmiləşməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43