İdman

“Qarabağ” legioneri ilə yollarını ayırır

“Qarabağ”ın əcnəbi futbolçusu komandadan ayrıla bilər.

İdmanxeber.com-un məlumatına görə, söhbət bu yay “Olimpiakos”dan icarəyə götürülən Tarik Elyunussidən gedir. Norveçli yarımmüdafiəçinin çıxışından narazı qalan Ağdam klubu qış fasiləsində onunla yollarını ayırmağa hazırlaşır.

Bildirilib ki, Elyunussi “Qarabağ”dan ayrılsa, “Olimpiakos”a qayıtmalı olacaq. Ancaq Afina təmsilçisi də təcrübəli futbolçunu heyətdə saxlamaq niyyətində deyil. Onun yenidən icarəyə verilməsi və ya birdəfəlik satılması gözlənilir.

Xatırladaq ki, “Qarabağ” Elnuyussini bu yay bir mövsümlük icarəyə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43