Dünya futbolu

Ronaldinyo pulu arzusundan üstün tutdu

2015-ci ilin sentyabrda “Fluminense”dən ayrıldıqdan sonra klubsuz qalan Ronaldinhonun menecerləri yeni klub axtarışındadılar.

İdmanxeber.com-un məlumatına görə, Ronnini heyətində görmək istəyən klublar da var. Onlar arasında ən tanınmışı və güclüsü hazırda İngiltərə Premyer Liqasının lideri olan “Lester Siti”di.

Tülkülər ulduz futbolçuya müddəti uzadılmaq şərti ilə 6 aylıq müqavilə təklif edib. Ronaldinyo təklifi qəbul edəcəyi təqdirdə mövsümün sonuna qədər həftəsinə 1,5 milyon avro qazanacaqdı. “Sambaçı” “Lester”in təklifini rədd edərək menecerlərinə Çin klubları ilə danışıqlar aparmağı tapşırıb.

Qeyd edək ki. 35 yaşlı futbolçu vaxtılə verdiyi müsahibələrdən birində İngiltərə Premyer Liqası oynamaq arzusu ilə yaşadığını söyləmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43