Dünya futbolu

Ronaldo: “Əminəm ki,..”

DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində İsrail və Lüksemburq yığmaları ilə qarşılaşacaq Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo oyundan öncə açıqlamalar verib.

“Real”ın ulduz futbolçusu hər iki qarşılaşmada qələbə qazanacaqlarını bildirib:

“Qarşıdakı hər iki oyun bizim üçün olduqca vacibdir. Bu görüşlərdə qələbə qazanmalıyıq. Əgər İsrail və Lüksemburqa qalib gələ bilməsək, o zaman dünya çempionatı haqda düşünə bilmərik. Ancaq əminəm ki, hər iki oyunda qələbə qazanacağıq”.

Qeyd edək ki, oktyabrın 11-də öz meydanında İsraillə qarşılaşacaq Portuqaliya yığması 4 gün sonra Lüksemburqla görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43