Dünya futbolu

“Bursaspor”un alman baş məşqçisi oğlunu türk qızı ilə evləndirir

“Bursaspor”un baş məşqçisi Kristof Daum oğlu Marseli türk qızı ilə ilə evləndirir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Daum oğlu üçün Filiz adlı qıza elçi gedəcək.

Çalışdrıcı bu barədə gəzən söz-söhbətlərin doğru olduğunu bildirib.

“Filizin ailəsinə özümü tanıdacam və yaxşı cavab alacağımı düşünürəm. Oğlum Filizlə uzun müddətdir tanışdırlar. Ümid edirəm ki, yaxşı cavab alacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43