Dünya futbolu

Ronaldo Marselonu “Yuventus”a aparır

İtaliya mətbuatının yaydığı məlumata görə, “kral klubu”nu “qoca sinyora”ya dəyişən Kriştiano Ronaldo braziliyalı futbolçunu da Turinə aparmağa çalışır.

Yaxın dost olan futbolçuların daim bir-biri ilə əlaqə saxladığı və portuqaliyalı superulduzun Marseloya “Yuventus”a keçməyi məsləhət gördüyü bildirilir. 30 yaşlı oyunçu da yaxın ətrafı ilə söhbətində belə bir keçidin mümkünsüz olmadığını söyləyib.

Marselo La Liqanın son 2 turunda ehtiyatda qalıb. Hər iki matçda onu 22 yaşlı Serxio Reqilon əvəz edib. Braziliyalının “Real”la 2022-ci ilin yayına qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43