Dünya futbolu

Ronaldodan Messi ilə bağlı paylaşım: “Onun da iştirak etdiyi bir ziyafət xəyal edirəm”

Braziliya millisinin sabiq üzvü Ronaldo Argentina millisinin dünya çempionluğunu qazanması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, “yekədiş” ləqəbli futbolçu Argentina yığmasının hücumçusu Lionel Messini ən yaxşı kapitan adlandırıb:

“Heyrətamiz final matçına dünyanın müxtəlif yerlərindən, eyni zamanda, Braziliyadan Messiyə dəstək olmaq üçün gedən insanları gördüm. O, təkcə dünya çempionatının yox, həm də bütöv bir dövrün ən yaxşı kapitanıdır. Dahiyə layiq vida idi. Dieqo Maradonanın da iştirak etdiyi bir ziyafət xəyal edirəm. Braziliyada sizi ürəkdən alqışlayacaq minlərlə insan var”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43