Dünya futbolu

“Rubin” avrokuboklardan uzaqlaşdırıldı

Rusiyanın “Rubin” klubu  avrokuboklardan kənarlaşdırılıb.

UEFA Kazan təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasına görə qarşıdakı iki mövsüm ərzində, Avrokuboklardan uzaqlaşdırıb.

Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatasının qəbul etdiyi vurğulanıb.

Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.

Qeyd edək ki, “Rubin” hazırda Rusiya Premyer Liqasında 17 xalla 5-ci pillədə qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43