Dünya futbolu

Rüfətin qolları, komandasının darmadağını – VİDEO

Millimizin hücumçusu Rüfət Dadaşov “Şalke 2”-nin heyətində növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda evdə “Rodinqhauzen” klubu ilə üz-üzə gəlib. “Şalke 2” görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.

Millimizin hücumçusu oyuna start heyətdə başlayıb. O, 19 və 23-cü dəqiqədə adını tabloya yazdıra bilib. Qarşılaşmada dubl edən Dadaşov sona qədər meydanda qalıb.

“Şalke 2” 33 xalla hazırda turnir cədvəlində 7-ci sıradadır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43