Dünya futbolu

Runi rəsmən “Everton”da

“Mançester Yunayted”in kapitanı Ueyn Runi komandadan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli forvard karyerasını yetirməsi olduğu “Everton”da davam etdirəcək. Liverpul təmsilçisinin rəsmi saytından yayılan məlumata görə, İngiltərə millisinin üzvü ilə  2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Runi 2004-cü ildə “Everton”dan “Mançester Yunayted”ə 34 milyon avroya transfer olunmuşdu. O, “qırmızı şetarnlar”ın heyətində meydana çıxdığı 559 matçda 253 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43