Dünya futbolu

Runinin yeni klubu müəyyənləşdi

“Mançester Yunayted” əfsanəvi futbolçusu Ueyn Runi ilə yollarını ayırmağa hazırlaşır.

Artıq 31 yaşlı hücumçunun keçmiş klubu “Everton”la anlaşdığı deyilir. Onun Mançester təmsilçisi ilə müqaviləsi olsa da, rəhbərlik futbolçunun havayı keçidinə razılıq verib. Runinin “Everton”da həftəlik məvacibi 250 min funt-sterlinq olacaq.

Qeyd edək ki, “Everton”un yetirməsi olan təcrübəli forvard 2004-cü ildə Liverpul təmsilçisindən “Mançester Yunayted”ə transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43