Dünyadan

Renat Dadaşovun komandası 15:0 qalib gəldi

Növbəti mövsümə hazırlığı davam etdirən klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. 

İdmanxeber.com-un məlumatına görə, Bundesliqa təmsilçisi “Ayntraxt” da sınaq matçı keçirib. Milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt təmsilçisi yerli “Heftrix”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının fantastik – 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma üzvü görüşdə fasilədən sonra meydana çıxıb. Lakin o, qol vura bilməyib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43