Ölkə futbolu

Rusiyayla heç-heçəyə görə futbolçularımızın alacağı məbləğ dəqiqləşdi!

AFFA Rusiya ilə qeydə alınan 1:1 hesablı heç-heçəyə görə millinin üzvlərinə 60 min manat mükafat ödəyəcək. Bu məbləğ əsas heyətin futbolçularına ödənəcək. Oyunda əvəzlənən futbolçular bu məbləğin 75%-ni ala biləcək.

Oyun siyahısına adı salınmış oyunçulara, yəni ilk “23”də olanlara, isə 30 min manat mükafat veriləcək. Amma, Berti Foqtsun siyahıdan kənar tutduqları futbolçular üçün isə əlavə ayrılmış məbləğ olacaq. Əgər millimiz Rusiyaya qalib gəlsəydi, o zaman futbolçular 110 min manat mükafatlanacaqdırlar. Qeyd edək ki, məlumat Rusiya mətbuatında yayılıb.

futbol11.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43