Dünya futbolu

Ruslan Abışov ümidli danışdı

DÇ 2014-ün seçmə mərhələsində millimizin Rusiya ilə keçirdiyi matçda (1:1) zədələnən Ruslan Abışov zədəsini tam sağaldıb.

Bu barədə futbolçunun özü məlumat verib:

"Zədəmi tam sağaltmışam. Hər şey qaydasındadır. Yaxın vaxtlarda yüngül məşqlərə başlayacam.  Təəssüf ki, “Rostov”la oyunda meydana çıxa bilməyəcəm. Ancaq ümid edirəm ki, Avropa Liqasında “Viqan”la görüşdə tam hazır olacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43