Ölkə futbolu

“Səbail” iki mövqeyə futbolçu axtarır

Mövsümə uğurlu start götürən “Səbail” daha bir neçə mövqeyə futboçu axtarır.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” xüsusən də hücum və yarımmüdafiə mövqeyinə yeni futbolçular cəlb etməyi düşünür. Klubun baş sponsoru «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO)  artıq bunun üçün lazım olan məbləği də ayıra biləcəyini bildirib. Sərgilənən futbol, qazanılan nəticələr ASCO rəhbərliyini daha da səxavətli olmağa vadar edib. 

Bayıl klubunun ən geci qışda artıq bu mövqelər üzrə transferi reallaşdıracağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43