Kateqoriyasız

UEFA Rusiya millisi ilə bağlı qərarı ləğv etdi

UEFA 17 yaşadək futbolçulardan ibarət Rusiya millisi ilə bağlı qərarını ləğv edib.

Bu barədə Qitə futbol qurumunun saytı məlumat yayıb.

UEFA bir müddət əvvəl sözügedən komandanın beynəlxalq turnirlərdə iştirakına icazə vermişdi. Lakin bir çox ölkələrin etirazı səbəbindən millinin beynəlxalq turnirlərə qatılmaqla bağlı qadağa qərarı bərpa olunub.

Qeyd edək ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən bu millilərinin və klublarının UEFA və FIFA-nın bayrağı altında keçirilən yuarışlarda iştirakdan məhrub edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43