Kateqoriyasız

“Sabah” ilə məğlubiyyətlə başladı

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb.

Təmsilçimiz Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki,  “Sabah” toplanış çərçivəsində “Akademika Klinçeni” (Rumıniya – 15 yanvar), “Kaysar”la (Qazaxıstan – 19 yanvar) da  qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ məlum deyil.
Yoxlama görüşü
11 yanvar

“Sabah” – “Pakş” – 0:2
Belek. “Titanik Mardan” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43