Milli komanda

Sabah U-21 millimizin rəqibləri müəyyənləşəcək

Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə və AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmov iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43