Ölkə futbolu

“Sabah” və “Neftçi” qalib gəldi- YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. Günün ilk matçında “Kəpəz” “Sabah”ı qəbul edib.

Autsayder mövqeyində qərarlaşan gəncəlilər bu oyundan da məğlub ayrılıb – 0:2.

Daha sonra paytaxt derbisi oynanılıb. “Neftçi” “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Bu nəticənin ardından “ağ-qaralar” 22 xalla 6-cı, “qartallar” isə 28 xalla 2-ci pillədə qərarlaşıb.

Premyer Liqa
XV tur
3 dekabr (bazar)

15:00. “Kəpəz” – “Sabah” 0:2 

Qol: Anatoli Nuriyev, 5, Namiq Ələsgərov, 15
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu

17:00. “Neftçi” – “Zirə” 1:0

Qol: Rəhman Hacıyev, 60
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Neftçi Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43