Ölkə futbolu Premyer Liqa

Rəşad Sadıqovdan etiraf: “Buna imkanımız yoxdu”

Misli Premyer Liqasının 15-ci turunda “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşıb və rəqibinə məğlub olub – 0:1.

İdmanxeber.az-ın məlumatına görəz matçdan sonra keçirilən.mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov yenilgini belə şəhr edib:

“Komandama təşəkkür edirəm. Yaxşı mubarizə apardı. Başa düşürdük ki, qələbə qazansaq yaxşı üstünlüyümüz olacaqdı. Lakin təəssüf ki, uduzduq. Rəqib yeganə qol imkanından yararlana bildi. Ümid edirəm ki, ilin sonuna kimi uğurlu nəticələr əldə edə bilərik”.

Sadıqov daha sonra hücum xəttinin dişsizliyi haqda verilən suala da cavab verib:

“Hər bir komanda istəyər ki, fərqlənən futbolçusu olsun. Lakin buna imkanımız yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43