Ölkə futbolu Premyer Liqa

“Hücumçularımın qol vurmaması məni narazı salır” – Mutu

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçj” öz meydanında “Zirə” ilə qarşılaşıb və rəqibinə qalib gəlib – 1:0.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu qələbəni belə şərh edib:

“Çətin oyun idi. Çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. İlk hissəyə baxdıqda bərabər oyun getdi. İkinci hissədə isə daha yaxşı oynadıq. Futbolçularım döyüşkənlik göstərdilər. Sonrada meydana çıxan futbolçular özünü yaxşı tərəfdən göstərə bildi. Hər biri qələbəyə qatqı verdi və sonda belə bir qalibiyyət əldə etdik”.

Təcrübəli mütəxəssis daha sonra suallarına belə cavab verib:

“Hücumçularımın qol vurmaması məni narazı salır. Hər məşqçi istəyər ki, onun hücumçuları qol vursun. Onlar qol vurmağa başlasa, dərhal bu komandaya yaxşı təsir edər.

Mövsümün başlanğıcından bu yana bütün futbolçulara şans vermişəm. İlk 11″liyi seçəndə bizə qələbə gətirə biləcək oyunçuları seçirəm. Təbii ki, digər oyunçularımdan da razıyam”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43