İdman

“Sabah”ın Avropa Kuboku üçün heyəti açıqlandı

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların iştirak ərizəsini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Boban Mitev matçlarda 12 oyunçunun xidmətindən yararlana biləcək.

Heyətdə bu basketbolçular yer alıb: 8. Fuad Niftəliyev, 14. Endar Poladxanlı, 77. Şirzad Şirzadov, 22. Rüstəm Əliyev, 21. Əlikamran Məmmədov, 3. Pavle Marçinkoviç, 7. Kivon Tirek Davenport, 10. Maykl David Holton, 26. Artyoms Butyankovs, 12. Korin Darius Henri, 4. Desmond Ronald Kembric, 1. Donovan Smit.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan çempionu oktyabrın 2-də “Donar” (Qroningen, Niderland), 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43