Dünya futbolu

Sabiq “Qarabağ”lı yeni klubunda

Son mövsümü “Göztəpə”nin heyətində keçirən “Qarabağ”ın sabiq futbolçusu Leroy Corc yeni komandaya keçmək üzrədi.
 
İdmanxeber.com-un məlumatına görə, “Göztəpə” ilə 1 illik müqaviləsi olan, ancaq məşqçi tərəfindən heyətdə düşünülməyən futbolçu karyerasını yenidən Türkiyədə davam etdirəcək. 
 
29 yaşlı futbolçu “Qaziantep BB” klubuyla anlaşıb. Belə ki, tərəflər arasında bütün danışıqlar yekunlaşıb. Ancaq yeganə problem “Göztəpə”nin Leroya borclu qalmasıdır. Əgər sabiq “Qarabağ”lı pulunu yaxın müddətdə ala bilsə, İzmir təmsilçisindən rəsmən ayrılacaq və yeni klubuyla münasibətlərini rəsmiləşdirəcək. 
 
Qeyd edək ki, Leroy Corc 2013-15-ci illərdə “Qarabağ”da oynamışdı. Hollandiyanın gənclərdən ibarət milli komandasının sabiq üzvü Ağdam klubunun heyətində 59 rəsmi matçda iştirak etmişdi.(Sportal.az) 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43