Kateqoriyasız

Şahmatçımız dünya üçüncüsü oldu

Almaniyanın paytaxtı Berlində sürətli şahmat üzrə dünya çempionatı davam edir.

İdmanxeber.com-un məlumatına görə, rapiddə mübarizə başa çatıb.

Teymur Rəcəbovun da qatıldığı yarışda 15 turun yekununda norveçli Maqnus Karlsen 11,5 xalla dünya çempionu olub.

Rusiya şahmatçısı Yan Nepomnyaşi və Teymur Rəcəbov ondan 1 xal az toplayıblar. Əlavə göstəricilərə görə Nepomnyaşi 2-ci, Rəcəbov isə 3-cü yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43