Ölkə futbolu

“Şamaxı” məşqlərini niyə Bakıda keçirir?

“Şamaxı” məşqlərinə Bakıda davam etməsi ilə bağlı suallara aydınlıq gətirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib. Klub son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraitii ilə əlaqədar əsas komandanın hazırlıqlarını paytaxtda davam etdirdiyini xatırladıb:

“Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur.Buna baxmayaraq məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq əvvəlki qaydada hazırlıqlarına davam edəcək”.

“Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik”, – deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, “Şamaxı” fevralın 17-də XXIII turda Gəncədə “Kəpəz”in qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43