Dünya futbolu

“Mahirin gəlişi ilə “Konyaspor”da dəyişikliklər olacaq” – türkiyəli şərhçi

“Mahir Emrelini çox sevirəm. “Dinamo”da istədiyi performansı göstərə bilmədi. Ancaq o, Azərbaycan futbolunun son dövürlərdə yetişdirdiyi ən önəmli oyunçulardandır. Ramil Şeydayevlə bərabər Emrelini hər zaman izləyirəm. İki futbolçuya da xüsusi rəğbətim var”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri türkiyəli idman şərhçisi Doğancan Aydemir “CBC Sport”a millimizin üzvünün “Konyaspor”a keçidini dəyərləndirərkən deyib. O, Emrelinin Super Liqada yaxşı çıxış edəcə biləcəyini söyləyib:

“Riad Bayiç “Konyaspor”da 13-14 qol vurmuşdu. Çox faydalı oldu komandaya. Açığı, Mahirində həmin performansı sərgiləcəyini düşünürəm.Önəmli futbolçudur. Uğurlu transfer olduğunu düşünürəm.

“Konyaspor”un hazırda vəziyyət o qədər də pis deyil. Ancaq baş məşqçi dəyişikliyindən sonra bir az eniş dövrü yaşayırlar. Toparlanmaları lazımdır. Mahirin gəlişi ilə “Konyaspor”da dəyişikliklər olacaq. O, komandaya çox faydalı olacaq”.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43