Dünya futbolu

Mbappe “Bavariya”ya qarşı oynaya biləcək?

PSJ-nin hücumçusu Kilian Mbappenin durmuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda bu gün “Bavariya”ya qarşı görüşdə əsas heyətdə olmayacaq. Mbappenin ehtiyat skamyasında olacağı bildirilir.

Mənbə yazır ki, ulduz futbolçu matçın son 15-20 dəqiqəsində forma geyinə bilər. Yekun qərarın Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltyedə olduğu vurğulanıb.

PSJ – “Bavariya” matçı bu gecə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43